Prospekti zəbt edib, qanunsuz pul yığan BNA-dır? - FOTOLAR

Axar.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsuliyyətin Bakı Nəqliyyat Agentliyinə aid olduğunu bildirmişdi.
Hətta Nizami Rayon İcra hakimiyyəti də məsələnin onların səlahiyyətində olan bir iş olmadığını söyləsə də, ərazinin qanunsuz olaraq park edilən avtomobillərdən təmizlənməsi üçün yol polisi əməkdaşlarına məlumat veriləcəyini vəd etmişdi.
Buna baxmayaraq, sözügedən ərazidə avtomobillərin yolun bir zolağında park edilməsi halı davam edir. Hətta yolda dayanma və durmanı qadağan edən nişan olmasına baxmayaraq, qanunsuz “parkinq”də “qolu qırmızılı” şəxs parkinq xidməti də göstərir.
Zəruri olaraq vurğulayaq ki, sözügedən ərazi ilə üzbəüz beşmərtəbəli, ən müasir standartlara cavab verən parkinq inşa edilib.
Ərazini qanunsuz parklanmadan təmizləmək səlahiyyəti olan Bakı Nəqliyyat Agentliyi mövzu ilə əlaqədar rəsmi aqlama veriləcəyini bildirilib.
***
Bakı Nəqliyyat Agentliyi bu vaxta qədər heç bir rəsmi açıqlama verməyib. Ərazidə isə maşınların parklanması və parklanmaya görə ödəniş davam edir.
Maraqlıdır, "ödənişi" yığan kimdir?





