Məleykə Abbasovadan növbəti pis sürpriz – Qəbuldan sonra sınaq imtahanı!

Məleykə Abbasovadan növbəti pis sürpriz – Qəbuldan sonra sınaq imtahanı! Dövlət İmtahan Mərkəzi (DİM) 16 mart 2017-ci tarixindən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün abituriyentlərdən elektron sənəd qəbuluna başlayıb.

2017-ci il ərzində keçiriləcək imtahanların qrafiki qurumun rəsmi saytında yerləşdirilb.
BakıPost.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarının qrafikini dəyişərək mayın sonuna salması abituriyentlərin narazılığına səbəb olub. Çünki sınaq imtahanları ilk qəbul imtahanlarından sonraya salınıb.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da bildirib ki, mərkəzin imtahan qrafiklərini bu cür dəyişməsi uyğunsuzluqdur: "Bildiyiniz kimi, hər il DİM (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanları keçirirdi. Lakin bu il keçiriləcək sınaq imtahanları (27.05.17 və 11.06.17) çox gec tarixə salınıb. Hətta ali məktəblərə keçiriləcək ilk qəbul imtahanından sonraya düşür (aprel-may). Belə çıxır ki, toydan sonra nağara? Abituriyent ilk növbədə sınaq imtahanında özünü yoxlamalıdır, sonra qəbul imtahanında iştirak etməlidir”.

Ekspert qeyd edib ki, növbəti uyğunsuzluğa görə rus bölməsi abituriyentlərinin Azərbaycan dili üzrə keçiriləcək imtahan tarixi ikinci qəbul imtahanın tarixi (11.06.17) ilə üst-üstə düşür.

Hələ imtahanlar başlamayıb, indidən abituriyent və valideynlərin əsəbləri ilə oynayırlar”.
Qeyd edək ki, sınaq imtahanlarında bir dəfə iştirak üçün 20 manata ödəniş müəyyənləşdirlib.

Geri qayıt