Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb

Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb.

Bu, bugün Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnamənin 9.21-ci bəndinə edilən dəyişikliyə əsasən, Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, o cümlədən miqrasiya sahəsində vahid informasiya sistemini yaratmaq və tətbiq etmək, onun “Lisenziyalar və icazələr” portalına, Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə inteqrasiyasını təmin etmək Dövlət Miqrasiya Xidmətinin vəzifələri siyahısına əlavə edilib.
Geri qayıt