Bakıda daha bir məktəb direktoru işdən çıxarılıb

Bakıda daha bir məktəb direktoru işdən çıxarılıb Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib.

Bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Geri qayıt