Qala divarlarına bitişik obyekt tikilir? - FOTOFAKT

Qala divarlarına bitişik obyekt tikilir? - FOTOFAKT Bakının tarixi məkanlarından hesab edilən və tarixi irs kimi qorunan Qoşa Qala qapısının yaxınlığında qala divarlarına bitişik obyekt inşa edilir.

Axar.az xəbər evrir ki, bu barədə məlumatı “Təmiz Bakı” səhifəsi paylaşıb.

Fotodan aydın görünür ki, yeni inşa edilən obyekt qala divarlarına bitişik formada tikilir. Tikintinin kimlər tərəfindən aparıldığı məlum deyil. İşlər yaxın günlərdə başlayıb və olduqca sürətlə aparılır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məsələ ilə bağlı sorğu göndərilib.
Geri qayıt