Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix məlum oldu

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əhmədov bildirib.
O qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub. Həmin sənədin vəsiqəsinin çipinə elektron imza sertifikatları tətbiq ediləcək.