Prezident yanğınla əlaqədar komissiya yaradılması ilə bağlı sərəncam imzaladı

Prezident yanğınla əlaqədar komissiya yaradılması ilə bağlı sərəncam imzaladı Prezident İlham Əliyev "Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmaq, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Geri qayıt