2019-cu il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanır
İlk təlim mərhələsində 1000-dən çox şəxs iştirak edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır.
Martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.
Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.
Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Geri qayıtƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır.