Daha bir meyit tapıldı - Neftçi ola bilər

Daha bir meyit tapıldı - Neftçi ola bilər Axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.

xalqxeber.az xəbər verir ki, Axtarış-Xilasetmə qərargahının məlumatına görə, tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Geri qayıt