Vasim Məmmədəliyevi Hacı Şahin əvəzlədi - YENİ TƏYİNAT

Hazırda veriliş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında yayımlanır.
“Report”a açıqlama verən Ş.Həsənli bildirib ki, verilişin ilk buraxılışı artıq onun təqdimatında efirdə yayımlanıb: “Haqqın dərgahı” verilişinin mənim təqdimatımda ilk proqramı ötən gün yayımlandı. Verilişin proqramı hələ ki, dəyişilməz olaraq qalır. Gələcəkdə verilişə qonaqların da dəvət olunması gözlənilir. Verilişdə dini dəyərlərə elmi yanaşma, mənəvi dəyərlərin müasir reallıqlara uyğun təbliğ olunmasına üstünlük veriləcək".
Qeyd edək ki, "Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.