Sahil Babayevdən Səlim Müslümov dövrünə doğru İRİ BİR ADDIM! - ŞOK maxenasiya ittihamı...

Qeyd edək ki, bu ilə qədər bu məqsədlə ayrılan vəsait yerli icra hakimiyyətlərinin xərclər smetasında nəzərdə tutulurdu. 2019-cu ildən isə həmin vəsait nazirlik vasitəsilə ödənilir. Elə bizim diqqətimizi də bu məsələ daha çox özünə cəlb elədi. Məlum oldu ki, əslində vəsaitin nazirlik xətti ilə verilməsi və müqavilələrin “DOST” iş mərkəzi ilə bağlanması yalnız görüntü üçündür. İşçilərin əksəriyyəti icra hakimiyyətinin birbaşa göstərişi ilə işə götürülür və demək olar ki, əksəriyyəti işə çıxmayaraq əmək haqqının çox hissəsini icra hakimiyyətinə verirlər. Onların görməli olduğu işi isə başqa dövlət qurumlarının işçilərinə iməcilik adı ilə zorla icra etdirirlər. Bir çox rayonlarda həmin işçilərə ümumiyyətlə əmək haqqı verilmir, belə şəxslərə “pensiya üçün stajınız toplanır” deyərək işə təyin etmək üçün rüşvət də alırlar. Vəsaitin nazirlik vasitəsilə ödənilməsi isə bu işin başında duranların törətdikləri maxinasiyanı, gənc və islahatçı nazir kimi cəmiyyətə sıranan Sahil Babayevin çətiri altında gizlətmək məqsədi daşıyır.
Göründüyü kimi işsizliyin aradan qaldırılması baxımından xoş niyyyətlə atılan bu addım büdcəni talan edən bir dəstə quldurun əlavə gəlir mənbəyinə çevrilməkdədir. Bu gün rayonlarda heç kim 200-300 nəfər işçinin təmizliklə məşğul olduğunu görməyib və 180 manat maaşla kiminsə göstərilən işlərdə 8 saat işləməsi mümkün deyil. Adı həmin işlərə yazılmış şəxslər məmurların yaxın adamlarıdır ki, onların çoxunun bu işdən xəbəri yoxdur, vardırsa da qeyd etdiyimiz kimi staj xatirinə bu işə razılaşıblar.