Novruz Məmmədov xanım hüquqşünası vəzifəyə təyin etdi

Unikal.org-un əldə etdiyi məlumata görə, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
İ.Hacıyeva Unikal.org-a təyinatı ilə bağlı xəbəri təsdiqləyib.
Qeyd edək ki, İradə Hacıyeva uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.