Yaxın aylarda yeni gündəlik qəzet açılacaq? - İLGİNC

Təbii ki, nəticədə onlarla qəzetin bağlanacağı artıq bəllidir. Bu əsnada ortada 3-5 qəzetin qalması ölkənin qəzet bazarında boşluğun yaranmasına və yenidən gündəlik və ya həftəlik müstəqil qəzetlərin açılmasına zərurəti yaradacaq. Ölkənin qəzet bazarında tələbat həmişə olub və bundan da sonra da olacaq. Sadəcə oxucuya doğru-düzgün məlumatları olan, analitik, bazara hesablanmış yazılarla dolu qəzet təqdim etmək lazımdır.
Bizimxeber.az-a daxil olan məlumata görə, uzun illər qəzetçilik fəaliyyəti ilə məşğul olan, bu sahəni daha dərindən bilən şəxslər yeni müstəqil qəzet açmaqda qərarlıdırlar. Məlumata görə, bu qəzetin baş redaktoru postuna uzun illər qəzetçilik fəaliyyəti ilə məşğul olan, elektron mətbuatda böyük naliyyətlərə imza atan şəxslərdən biri gətiriləcək.