“İskəndər Asa Parkinq” MMC-ni kimlər himayə edir? - Bakıda sürücülərdən qanunsuz pul yığan şirkət

Avtosfer.az-a istinadən bildiririk ki, son vaxtlar həmin şəxslər hətta sürücülərdən zorla, hədə-qorxu yolu ilə pul tələb edirlər. Ödəniş etmədikdə isə avtomobilə zərər yetirirlər.
Hətta sürücüləri qorxudaraq ünvana cərimə bildirişi göndəriləcəyini deyib 20-30 manat cərimə olunduqlarını bildirilər.
Xüsusən xanım sürücülərə hədə-qorxu gələrək onlardan qanunsuz olara 2-5 manat civarında pul alırlar ki, guya pul veriləndən sonra cərimə olunmayacaq.
Artıq bu cür şikayətlərin sayı çoxalıb.

