“Azərbaycan Narı” döş nişanı təsis edildi - Foto

Döş nişanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir”(Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunmuşdur. “Döş nişanı” diametri 40 mm olub 8 guşəli ulduz, nar rəngli mina işləməli üzərində Azərbaycanın üçrəngli Bayrağının rəngləri, 3 ədəd yaqut daş, nar fiquru, nar ağacının yaşıl yarpaqları, sünbül və assosiasiyanın loqosu həkk olunmuş latun (tompak) materiallı, qızıllama olan nişandır.
Qeyd edək ki, ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplayıb. Assosiasiyanın 34 üzvü var. Assosiasiyanın Sədri Fərhad Qaraşovdur.

