“ Bakıda ermənilərin istehsal etdiyi saxta “Yessentuki” suları satılır” yazısına Araz marketdən - AÇIQLAMA

Araz və Favorit supermarketlər şəbəkəsi adıçəkilən suların nə idxalçısı, nə də sifarişçisidir. Araz supermarketlər şəbəkəsi yalnız Zapovednik Zdorovya sularını idxal edir. Bu sular isə Rusiyanın Stavropol şəhərində istehsal olunur. Ümumiyyətlə, Araz, Favorit supermarketlər şəbəkəsində heç bir saxta məhsulun satışından söz gedə bilməz.