“Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır

Rəhbərliyi sayan yoxdur. Xəbərdarlıq edilməsinə baxmayaraq işçilər bildiyin edirlər..
Redaksiyamıza məlumat verən R.Hilalov bildirib ki, “Standard Insurance” Lənkəranda yerləşən ofisinin rəhbəri Pərviz Salayev bir dəfə belə olsun mənimlə maraqlanmayıb. R.Hilalov deyidiyinə görə, “Standard Insurance” Bakı da yerləşən ofisindən ona zəng edən (+994) 50 253 33 95 nömrəli telefonun digər tərəfində ki şəxs Elnur Sadıqov adlı əməkdaşı, telefondaca mənalver edirmiş kimi təkliflər irəli sürməyə başladı. İlk öncə qeyd etdi ki, zərər aktı E.Sadıqovun qarşısında olduğunu vurğulayıb söhbətə başladı. Mənə dəyən zərərə görə 500 manat verə biləcəyini vurğuladı. Servizdə ziyan aktında tam şəkildə hər şeyin qeyd edildiyini deyəndən sonra qiyməti 550 manat edə biləcəyini dedi. Mən isə yenidən ona bildirdim ki mənim maşınıma dəyən ziyan 920 manatdır. E.Sadıqov bundan sonra mənə yalnız sonu 600 manat verəcəyini qeyd etdi mənsə bununla razılaşmadım. Hadisədən 14 gün keçməsinə baxmayaraq R.Hilalov bildirib ki, ona dəymiş 920 manat dəyərindəki ziyan “Standard Insurance” sığorta şirkəti tərəfindən ödənilmir.
Son zamanlar baş verən hadisələrdə sığorta şirkətlərinin alverçi roluna girməsi və dəymiş zərərin ödənilməsindən boyun qaçırması adi halla çevrilib. Azərbaycanda nüfüz sahibi olan “Standard Insurance” sığorta şirkəti tərəfindən vətəndaşla bu cür ticarət etməsi həm də qarşısında Masallı rayonunda yerləşən yerləşən “Vaz Serviz”in rəsmi möhürlü sənəti olduğunu əməkdaşları Şövqünün iştirakı ilə tərtib edilmiş aktı görməməzlikdən gəlməsi, vətəndaşın 920 manat dəymiş ziyanı bu günə kimi ödənilməməkdədir. “Standard Insurance” sığorta şirkəti tərəfin edilən bu səhv onun əməkdaşlarının şirkətin adına xələl gətirilməsi cəhdindən başqa bir şey deyildir. Elnur Sadıqovun tutduğu mövqe yalnız “Standard Insurance” sığorta şirkətinin adına xələl gətirməklə yanaşı nüfüzunun aşağı düşməsinə səbəb yarada bilər.
“Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır Vətəndaş Rahib Hilalov Rza oğlu bizim vasitəmiz ilə “Standard Insurance” sığorta şirkətinin rəhbərinə müraciət edərək bildirir ki, ona dəymiş 920 manat ziyanın, 600 manatın Elnur Sadıqov verə biləcəyin deyir. Belə çıxır ki yerdə qalan 320 manat məbləği mən cibimdən ödəmək məcburiyyətindəyəm..? O zaman “Standard Insurance” sığorta şirkətinin peşəkarlığı nə ilə ölçülür”. “Standard Insurance” sığorta şirkətinin prezidentindən artıq dərəcədə xahiş edirəm mənə dəymiş ziyanın tam ödənilməsinə sərəncam verəsiniz.
BAKUNEWS.Az
