Xaləddin İsgəndərov “Binəqədi” qəzetini bağladı

Xaləddin İsgəndərov “Binəqədi” qəzetini bağladı Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti bağlandı.

Daxil olan məlumata görə əvvəllər həftədə bir dəfə, 2015-ci ilin oktyabır ayından isə ayda iki dəfə çıxan “Binəqədi” qəzeti rəsmi olara fəaliyyəti dayandırıb.

Məlumatda bildirilir ki, artıq redaksiyada “təhvil- təslim” işləri gedir: “Yəni, İcra Hakimiyyətinin işçiləri bu gün səhər saatlarında redaksiyaya gələrək orda olan avadanlıqları yığışdırıb aparıblar”.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa etmişdir.

Gununsesi.info
Geri qayıt