Milli Məclisin iki deputatına yeni vəzifə veriləcək

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.
Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.
Deputatlar parlamentin komitə sədri təyin olunacaqları təqdirdə, onların maaşları da artırılacaq.