Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb

Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb Gəncə şəhərində daha bir idarə rəisi işdən çıxarılıb.

Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Ağahüseyn Məmmədov vəzifəsindən azad edilib.

Xatırladaq ki, o, ötən ilin iyul ayında vəzifəyə təyin edilmişdi.

"Reprot"un yerli bürosunun əldə etdiyi məlumata görə, bu vəzifəyə Natiq Əhmədov təyin edilib. N.Əhmədov bundan əvvəl idaərinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarılmışdı.
Geri qayıt