BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətxorluğun həddi-hüdudu bilinmir-ŞOK İTTİHAMLAR

Bütün bunlardan əlavə, təqdim olunan çəkilişin ümumi mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, istənilən şəxs xarici ölkələrdən gətirdiyi nəqliyyat vasitəsini adına sənədləşdirərkən, həmin şəxsi Qeydiyyat-imtahan şöbəsində məqsədli şəkildə əlavə xərcə və getgələ salırlar. Hətta, həmin şəxsdən lazımsız sənəd də tələb edirlər. Sənədləşmə işləri başa çatdıqdan sonra, avtomobil sahibi rəhbərliyin adına ərizə yazmalı və onu xanım əməkdaşa təqdim etməlidir. Buna görə də, avtomobil sahibinə ərizə (nümunə) forması təqdim olunmalı olduğu halda, qarşı tərəf heç bir halda belə bir addımını atmır. Sadəcə olaraq xanım əməkdaş ərizə formasına bir neçə söz yazmaqla hər kəsdən 10 (on) AZN alır və buna görə də, bir kimsəyə qəbz verilmir. Belə bir addımların atılması onu sübut edir ki, bütün bunlar həm ciddi qanun pozuntusudur, həm də rüşvətxorluğun tüğyan etməsinə səbəb olan amillərdir. Düşündürücü haldır ki, ölkə rəhbəri cənab İlham Əliyev ildən-ilə rüşvətxorluğun hər cür təzahürlərinə qarşı mübarizə tədbirlərini gücləndirsə də, bu gün BDYPİ-nin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində cənab Prezidentin iradəsinə zidd addımlar atılmaqdadır. Ümumiyyətlə, belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. O halda sual oluna bilər ki, nə üçün adicə adı çəkilən şöbədə hər kəsdən bir ərizə formasına görə 10 manat pul tələb olunur? O halda ortaya növbəti bir sual da çıxır, görəsən toplanan pullar hansı büdcəyə daxil olur? Yaxud da, daxil olurmu? Bax budur hər kəsi düşündürən hal, götür-qoy edilən məqam!
P.S. Bir redaksiya olaraq bir neçə gün bundan əvvəl adı çəkilən qurumda yaşananlarla bağlı Qeydiyyat-imtahan şöbəsinin rəhbərliyinə məktubla müraciət etdik ki, sadalanan problemlərin varlığına qarşı tərəfdən münasibət öyrənə bilək. Təəssüflər olsun ki, qarşı tərəf qeyd olunan faktlara münasibət bildirmək əvəzinə, susmağa üstünlük verdi. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən şöbədə baş verən qanunsuzluqlarla bağlı əmələ gələn kütləvi narazılıq hissi, heç bir halda rəhbərliyi narahat etmir. Deməli, ... Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Bu yöndə araşdırmamızı davam etdirəcəyik.
Azerinfo.az