Hakim Aidə Hüseyn cəzalandırılacaqmı?

Hakim Aidə Hüseyn cəzalandırılacaqmı? 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseynin görünməmiş qanunsuzluğuna dair “Təzadlar”ın araşdırma yazısına 10-a yaxın dövlət qurumundan rəsmi cavab gəldi...

“Təzadlar”ın ötən saylarında “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn barədə Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya göndərdiyi şikayət məktubuna vitse-Prezidentin Katibliyindən daxil olmuş cavab məktubunu dərc etmişdik.

Hakimlə bağlı məsələ isə bununla bitmir. Ötən həftə Ədliyyə Nazirliyi rəhbərliyinin rəsmi açıqlamasında da qeyd edilmişdi ki, indiyədək 100-ə yaxın hakim qanunsuz hərəkətlərinə görə hakimlikdən geri çağrılıb. Həmin hakimlərin qəbahətinin konkret olaraq nədən ibarət olduğunu bilmirik, amma sənədlər sübut edir ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseynin yol verdiyi qanunsuzluqların sərhədi yoxdur. Budur, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən 10.08.2018-ci il tarixdə daxil olmuş şikayətlə bağlı deyilir: “...Müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-214/-2018 saylı, 30.03.2018-ci il tarixli qərardadı ilə cavabdeh “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin tərəfindən 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2-2(81)-449/-2018 saylı qərardadından verilmiş şikayət təmin edilmişdir.

1 saylı Bakı Inzibatı-İqtisadi Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2-2(81 )-449-/2018 saylı qərardad ləğv edilmişdir. İddiaçı “Cənnət Park' MTK tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-214/-2018 saylı, 30.03.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilmədiyindən mülki iş 04.05.2018-ci il tarixdə 1 sayiı Bakı Inzibatı-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Şikayət ərizənizdə qeyd edirsiniz ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qərarından apellyasiya şikayəti vermisiniz. Lakin apellyasiya şikayəti bu günə kimi Bakı Apellyasiya Məhkəməsinə daxil olmamışdır.

Nəzərnizə çatdırırıq ki, Sizin 1 sayiı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətiniz Bakı Apellyasiya Məhkəməsinə daxil olduğu halda şikayətinizdə göstərilən hallar araşdırılacaq, ədalətli və qanuni qərar qəbul ediləcəkdir.

Ümumi şöbənin müdiri: Əliəkbər Həsənov”.

Beləliklə, hakimin özbaşınalığı ilə bağlı “Təzadlar”ın araşdırma yazısına Ədliyyə Nazirlindən, Məhkəmə Hüquq şurasından, Ali Məhkəmədən, Bakı Apellyasiya Məhkəməsindən... daxil olmuş 10-a yaxın cavab məktubunda qeyd edilir ki, hazırkı iş üzrə mübahisəyə Bakı Apellyasiya Məhkəməsində baxıldığından məqalədə qeyd olunan materiallar Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir.

Xatırladırıq ki, qeyd olunan mübahisəyə Bakı Apellyasiya Məhkəməsində bu gün saat 17:00-da baxılır. İnanırıq ki, nəinki ədalətli qərar qəbul ediləcək, həm də cəzalandırılması üçün hakimin barəsində toplanmış materiallar Məhkəmə Hüquq Şurasına göndəriləcək.
Geri qayıt