Əflatun Amaşov: "Media Milli Məclislə əlaqələri daha da möhkəmləndirməlidir"

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O qeyd edib ki, Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır:
“İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.