Bakıda 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb - Baş Prokurorluq

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb: "Toplanmış faktlar prokurorluq orqanlarına göndərilib. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır".