Şəhid ailəsi “Qaçqınkom” sədrindən prezidentə şikayətçidir
"Cənab prezident! Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ailəmizi evlə təmin etmir"!
Şuşa rayon sakini, şəhid ailə başçısı və məcburi köçkün Şükufə Abbasova saytımız vasitəsi ilə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən ölkə prezidenti cənab İlham Əliyevə şikayət edib.
Şəhid ailə başçısı şikayət məktubunda qeyd edir:
"Cənab prezident!
Həyat yoldaşım Rüstəmov Sabir Gəray oğlu 1992-ci ildə Daşaltı əməliyyatında şəhid olmuş, özüm isə övladlarımla birlikdə həmin il Şuşa şəhərindən məcburi köçkün düşmüşəm. Beyləqan rayonunda ata evində müvəqqəti məskunlaşdıqdan 10 il sonra işimlə əlaqədar olaraq məcburən Bakı şəhərinə köçməli olmuşam. Hazırda Bakı şəhərində fəaliyyət göstərən Şuşa Himanitar Kollecində müəllim işləyirəm. 15 ildən artıqdır ki, övladımla Bakı şəhərində kirayədə yaşayıram.
Bu illər ərzində evlə təmin olunmağım üçün Şuşa icra hakimiyyətinə və Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə dəfələrlə müraciətlər etsəm də heç bir nəticəsi olmayıb. Adını çəkdiyim qurumlar hər dəfə müxtəlif bəhanələr gətirməklə müraciətimə mənfi cavab veriblər.
Cənab prezident!
Sonuncu dəfə 13 avqust 2018-ci il tarixində yenidən Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yazılı şəkildə müraciət edərək məcburi köçkünlər və şəhid ailələri üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməyimi xahiş etdim. Ancaq çox təəssüflər olsun ki, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev şəhid ailə başçısı, məcburi köçkün olaraq evlə təmin edilməyimə müsbət cavab vermədi.
Hörmətli Ali Baş Komandan, cənab prezident!
Şəhid ailə başçısı, məcburi köçkün kimi sizdən xahiş edirəm uzun illərdən bəri əzab-əziyyətlər içində kirayələrdə yaşamağımıza son verin. İnanıram ki, siz şəhid ailəsini bu istirabdan qurtaracaqsınız.
Bizim ümidimiz yalnız sizsiniz!
Hörmətlə şəhid ailə başçısı Abbasova Şükufə
MilliYol.Az
Geri qayıtŞuşa rayon sakini, şəhid ailə başçısı və məcburi köçkün Şükufə Abbasova saytımız vasitəsi ilə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən ölkə prezidenti cənab İlham Əliyevə şikayət edib.