Xırdalan şəhər 2 saylı orta məktəbdə şərəf lövhəsi üçün pul yığılır -Valideyndən iddia

Bu barədə sosial şəbəkədə paylaşım edən Z. Süleymanov 20 manat ödəmədiyi üçün övladının şəklinin şərəf lövhəsinə vurulmadığını qeyd edib:
“Bu Şərəf lövhəsində Uğurumun da şəkli olmalı idi. Lakin bunun üçün 20 manat ödəməli olduğuma görə imtina etdim (pula görə yox). Şərəf lövhəsinin də pul ilə satılması şərəfsizliyin təməlidir”.
“Qafqazinfo”