Nərimanovda Bilik Günü qeyd olunub

Nərimanovda Bilik Günü qeyd olunub Sentyabrın 14-də Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilik Günü münasibəti ilə ümumtəhsil məktəblərin nümayəndələrinin, valideyn və şagirdlərin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.

xalqxeber.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etməyin şərəfli iş hesab olunduğunu vurğulayıb, rayon məzunlarının nailiyyətləri barədə məlumat verib və yeni dərs ilində şagirdlərə təhsillərində müvəffəqiyyətlər arzulayıb.

Sonda aztəminatlı ailələrdən olan 100-dən çox şagirdə çantalar və məktəb ləvazimatları hədiyyə edilib.
Nərimanovda Bilik Günü qeyd olunub
Nərimanovda Bilik Günü qeyd olunub
Nərimanovda Bilik Günü qeyd olunub
Geri qayıt