Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

Bu yaxınlarda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Elxan Allahverdiyev müsahibəsində dediyi kimi, işinin öhdəsindən gələ bilməyən məmurları yola salmaqda davam edir.
Modern.az-ın məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyəti Aparatında Təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov və müdir müavini Elşad Rəhimov tutduqları vəzifədən azad ediliblər.
Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Azər Kərimov təyin olunub.