Quşçuluq kompleksinin sahibi cərimələndi

Nazirlik tərəfindən sözügedən ünvanda monitorinq və araşdırma aparılıb.
Ərazinin atmosfer havasından götürülən nümunənin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib.
Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.