AZAL-dan şəhidin ailəsinə HÖRMƏTSİZLİK: dəfnə getmək üçün bilet vermədi

Bu barədə jurnalist Naibə Qurbanova sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, şəhidin nəşini alan ailənin yalnız 5 üzvünə bilet verə bildiklərini deyiblər. Qalan ailə üzvləri isə aereportda gözləmək məcburiyyətində qalıblar.
Jurnalistin paylaşdığı bu məlumat sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və şəbəkə istifadəçiləri AZAL-ın vətən uğrunda şəhid olan əsgərimizin ailəsinə göstərdiyi münasibət tənqid edilib.

