Sabah Bakıda 40 dərəcə isti olacaq

Sabah Bakıda 40 dərəcə isti olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyulun 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyyə edirik.

Azərbaycanın rayonlarında

İyulun 11-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir
Geri qayıt