Kürdəxanı üfunət içində çabalayır... - GİLEY

Kürdəxanı üfunət içində çabalayır... - GİLEY Sabunçu rayonu Kürdəxanı qəsəbəsində zibilin daşınması problemə çevrilib.

Bu barədə qəsəbə sakinləri Cebhe.info-ya şikayət ediblər.
Bildirilir ki, bu qəsəbədə zibil qutularının boşaldılmasının müddəti təqribən 1 həftə çəkir. Buna görə də, bu qutuların yaxınlığından keçmək mümkün olmur, buradan gələn qoxu qəsəbə sakinlərini, xüsusilə yaxınlıqda yaşayanları narahat edir. Zibil qutularırının ətrafı milçək, ağcaqənədlə, müxtəlif həşəratlarla dolu olur ki, bu da infeksiya mənbəyidir.

Sakinlər deyir ki, zibiliin vaxtında daşınmamasına baxmayaraq, hər ay zibil pulu yığılır.
Kürdəxanı üfunət içində çabalayır... - GİLEY
Kürdəxanı üfunət içində çabalayır... - GİLEY
Geri qayıt