6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək

Bunu Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək: "Biz ötən il 6 yaşı tamam olmayan uşaqları yoxlamışıq və görmüşük ki, onlar digər uşaqlar kimi cavab verə bilirlər".