Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü

Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.

Dünən Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt