Yasamal İcra Hakimiyyəti yolu satdı: obyekt tikirlər (FOTOLAR)

Yasamal İcra Hakimiyyəti yolu satdı: obyekt tikirlər (FOTOLAR) Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində piyada yolu satılıb.

Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib. Məlumatda bildirilir ki, 1 həftədir yolun yaşayış binasına bitişik hissəsində obyekt tikintisi aparılır.

Sakinlər redaksiyamıza həmin ərazidə tikintinin aparılmasını göstərən fotolar da göndərib.

Qeyd edək ki, sözügedən ərazi insanların ən çox istifadə etdikləri küçə olduğundan, yolun zəbt edilməsi piyadaların gediş-gəlişinə maneçilik törədir.
Yasamal İcra Hakimiyyəti yolu satdı: obyekt tikirlər (FOTOLAR)
Yasamal İcra Hakimiyyəti yolu satdı: obyekt tikirlər (FOTOLAR)
Yasamal İcra Hakimiyyəti yolu satdı: obyekt tikirlər (FOTOLAR)
Geri qayıt