''Uşaqların gözü qarşısında icra hakimiyyəti evimi dağıdıb''

''Uşaqların gözü qarşısında icra hakimiyyəti evimi dağıdıb'' ''Evimi azyaşlı uşaqlarının gözü qarşısında ağır texnika ilə dağıdıblar. Uşaqlar qorxularından ağlaşaraq kənara çəkilərək evin dağıdılmasına baxıblar. Bunu Allah götürməz axı...''.
Bu fikirləri Maştağa sakini Ruzbek Həsənov Criminal.az saytına açıqlamasında deyib. Onun sözlərinə görə, evi Sabunçu rayonu, Matağa qəsəbəsi Məktəb döngəsində yerləşir. Evin bütün sənədləri qaydasındadır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilib. Amma heç bir xəbərdarlıq edilmədən hasarı və həyətdəki köhnə evi dağıdılıb.
Geri qayıt