“Cəhənnəm istiləri” 49 nəfəri vurdu

Səhiyyə Nazirliyindən verilən məlumata görə, günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib.
28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edən 49 nəfərdən 32-si orta yaşlarında kişi, dördü azyaşlı, doqquzu qadındır.
Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.