Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib

Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib 30 iyun 2018-ci il tarixdə Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək Azərbaycan polisinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.
Azərbaycan polisinin 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını deyən icra başçısı, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.
Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov çıxışında hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.
Rayon Prokuroru Vüqar Əliyev və Rayon Ağsaqqallar Şurasının üzvü Həmid Cəfərov cıxış edərək Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, Azərbaycanda dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan danışıblar.
Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin “Fəxri fərman” və hədiyyələri təqdim edilib.
Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib
Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib
Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib
Geri qayıt