Qızmar isti özünü göstərir: 14 nəfəri gün vurub

Bunu açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərib:
“Onlar arasında xəstəxanaya yerləşdirilən olmayıb”.
Baş həkim qeyd edib ki, insanlar günvurmadan qorunmaq üçün günorta vaxtlarında açıq havada gəzməməlidirlər.