Xəzər rayonunda sakinlər narazı salınır... - "Gülağa İsmayılova dəfələrlə xəbər çatsa da..."

Xəzər rayonunda sakinlər narazı salınır... - "Gülağa İsmayılova dəfələrlə xəbər çatsa da..." Xəzər rayonu Türkan Qəsəbəsində yaşayan bir qrup Qarabağ əlilləri və sakinləri Xəbəral.az saytına müraciət edərək onların qanunla aldıqları torpaqların kimlikləri qeyri müəyyən olan bir qrup şəxs tərəfindən zəbt edildiyini bildiriblər. Belə ki, Xəzər rayonu Türkan Qəbəsi ilə Abşeron rayonun torpaqlarının kəsişməsində amma Xəzər rayonuna məxsus ərazidə qəsəbə sakinlərinə aid olan 25 hektar ərazi Qara adlı maklerin başçılığı ilə gecə vaxtlarında gizlin şəkildə hasarlanmaya başlanıb.

Türkan sakinləri bildirir ki, adıçəkilən Qara adlı makler əvvəllər kimlərəsə "pul atmağına", məhz bir torpağı bir neçə adamlara satdığına görə həbs olunub, indi də bu əməllərindən əl çəkmir. Mənbədən bildiriblər ki gizlin şəkildə 25 hektar ərazini gecə saatlarında hasarlamaya başlayıblar. Sakinlərdən niyə onların yerlərini zəbt etdiyini soruşanda, gah hal-hazırda Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumlarıyıq deyir, gah da ki Heydər Əliyev fondunun adamıdı deyir. Gedişatdan isə bəlli olur ki, bu yerin adı çəkilənlərin heç birinin, nə Zakir Fərəcovun, nə Heydər Əliyev fondunun qohumları və yaxınlarıdır. ümumiyyətlə onlara heç bir aidiyyatı yoxdu. Varsa məhz niyə gecə hasarlanır? Xüsusən də Qarabağ əlillərinin yeri. Əllərində heç bir qanuni sənədi yoxdu, sakinlərə deyir hara şikayət edirsiz edin deyə hədə qorxu gəlirlər.
Maraqlısı isə budur ki, məsələ ilə bağlı Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İsmayılova dəfələrlə xəbər çatsa da, məsələyə biganə yanaşır.

Vətəndaşlar İlham Əliyevə, Heydər Əliyev fonduna və digər aidiyyatı orqanlara müraciət edəcəklərini deyirlər. “İcra başçısı göz yummasa, kimin ixtiyarı çatar ki, ərazini qanunsuz hasarlasın? Məsələ həll edilməsə , biz cənab Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edəcəyik”, - deyə sakinlər qeyd edirlər.
Maraqlıdır, nəyə görə Türkan icra hakimiyyətinin başçısı Gülağa İslamov məsələ ilə bağlı tapşırıq verib araşdırma aparmır. Vətəndaşları dövlətdən narazı salmağa çalışmaqdan başqa nə ad vermək olar buna. Lakin inanırıq ki Xəzər rayon icra başçısı ilə Xızı polis bölməsi lazımi tədbirləri görəcək.
Məsələ ilə bağlı araşdırma apardıqdan sonra daha ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Geri qayıt