Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçildi

Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçildi Bu gün AMEA prezidentliyi postuna seçki keçirilib.

Yığıncaqda say komissiyasına beş nəfərin namizədliyi təsdiq edilib. Daha sonra akademiya prezidentliyinə namizədlər irəli sürülüb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edərək Akif Əlizadənin namizədliyini irəli sürüb.

Yığıncaq üzvləri də Akif Əlizadənin namizədliyini təsdiq edib. 66 nəfər seçkidə iştirak edib.

Beləliklə, gizli səsvermə nəticəsində akademik Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçilib
Geri qayıt