BABA RZAYEV “YENİ BAKI”YA 40 MİNƏ YAXIN BORC YAZDI, İŞIĞI KƏSDİ – FOTO

BABA RZAYEV “YENİ BAKI”YA 40 MİNƏ YAXIN BORC YAZDI, İŞIĞI KƏSDİ – FOTO “Azərişıq” ASC rəhbəri Baba Rzayev

“Bu gün, 02.06.2018 tarixində “Yeni Bakı” yaşayış kompleksinin enerji təminatı 5 saata yaxın rəhbərlik etdiyiniz qurum tərəfindən dayandırılıb”.
“Yeni Bakı” Yaşayış kompleksinin sakinləri tərəfindən “Azərişıq” ASC sədri Baba Rzayevə müraciətdə belə deyilir.
Bildirilib ki, “Azərişıq”ın “qaynar xətti”nə zəng edib məlumat öyrənmək istəsələr də, həm ordan, həm Xırdalan Elektrik Şəbəkə xətlərdə nasazlıq olmadığını qeyd ediblər.
Onlar “İDF” MMC-nin şəhərcikdə qanunsuz idarəetməsini həyata keçirən komendantlıqla əlaqə saxlamağı tövsiyə ediblər.
“Araşdırmamız zamanı məlum oldu ki, İDF MMC vaxtilə şəhərcikdən yığılan enerji pullarını, 40 min manat olan borcu dövlətə köçürməyib və borc hələ də qalmaqdadır. “Azərişıq” ASC məsələni çözmək üçün təzyiq kimi şəhərcik sakinlərinin enerji təminatını dayandırmaqda görür.

Hörmətli, Baba müəllim !

Niyə şirkətin 40 min azn borcunu şirkətdən tələb etmirsiniz? Niyə hansısa dələduzların, fırıldaq əməlinə görə, şəhərcikdə yaşayan sakinlər əziyyət çəkməlidir?
Axı bizim şəhərcik 2017-ci ilin dekabrından “Azərişıq”ın balansındadır”,-deyə müraciətdə vurğulanıb.
Sakinlər sual edirlər k, niyə hər bir abonentə dövlət tərəfindən quraşdırılan sayğaclara nəzarət etmirsiniz:
“Niyə şəhərcik “Azərişıq”ın abonenti olduğu halda, şikayətlərimizə cavabları hansısa qanunsuz quruma (komendant) yönəldib onlardan məsələyə cavab almağımızı tövsiyə edirsiniz ?
Niyə sizə aid sayğaclara kənar müdaxilələr olur, abonentin Azərişığa borcu olmadığı halda, komendantlıq adlı qanunsuz qurum abonentdən ödənişlər tələb edir, bu tələbə əməl etməyən abonentin enerji təminatı dayandırılır ?
Sonda yaranmış bu narahatlıqlarımızı nəzarətə götürəcəyinizə, problemlərimizi yoluna qoyulacagına ümid edirik”.

365info.org
BABA RZAYEV “YENİ BAKI”YA 40 MİNƏ YAXIN BORC YAZDI, İŞIĞI KƏSDİ – FOTO
BABA RZAYEV “YENİ BAKI”YA 40 MİNƏ YAXIN BORC YAZDI, İŞIĞI KƏSDİ – FOTO
Geri qayıt