“ZARA”nın işçilərinə hökm oxunub

“ZARA”nın işçilərinə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri “ZARA” mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovaya hökm oxunub.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə 5 nəfərin hər birinə şərti cəza verilib və onlar istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq pulunu mənimsəyiblər. İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər.
Geri qayıt