Yeni nazir iki şöbəyə rəhbərliyi qadınlara həvalə etdi

Yeni nazir iki şöbəyə rəhbərliyi qadınlara həvalə etdi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir.

Nazirliyin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.

Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.
Geri qayıt