Deputatların maaşları artırılır

Bununla bağlı parlamentin bugünkü plenar iclasında dörd qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və artıq qanun layihələri iclasın gündəliyinə daxil edilib.
Qeyd edək ki, dəyişiklik nəzərdə tutulan qanunlar bunlardır: “Deputatın statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Omdudsman haqqında”.
Onu da qeyd edək ki, qanun layihələri parlamentə ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olub.