NAVAHI POSTUNUN ƏMƏKDAŞI RÜŞVƏT BAŞINDA - VİDEO

NAVAHI POSTUNUN ƏMƏKDAŞI RÜŞVƏT BAŞINDA - VİDEO Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova

Hörmətli Ramiz müəllim!

Yazıb Sizə onu bildirmək istəyirik ki, bir neçə gün bundan əvvəl İlkin adlı əməkdaşımız redaksiyamıza hər kəsin diqqətini cəlb edəcək lazımi bir material təqdim etdi. Adı çəkilən şəxs təqdim etdiyi materialda qeyd edir ki, “07 aprel 2018-ci il tarixdə, saat təqribən 19:12 radələrində Qazax-Bakı marşrut xətti üzrə hərəkət edən və dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusunu, Kürdəmir rayonu ərazisində dövlət nömrə nişanı 99-YP-865 olan nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşları saxladılar. Səbəb də, sürücünün digər nəqliyyat vasitəsini ötüb keçən zaman yol hərəkəti qaydalarına düzgün riayət etməməsini qeyd etdilər. Yol polisi əməkdaşları “İKARUS” markalı sərnişin avtobusunu saxlatdıran zaman idarə etdikləri nəqliyyat vasitəsindən yerə düşmədilər və heç bir halda özlərini sürücüyə belə təqdim etmədilər. Uzun çəkçevirdən sonra sürücü ilə “dil tapa” bilməyən yol polisi əməkdaşları, çox keçmədi ki, həmin əraziyə özünü çatdıran və sürücüyə yaxın şəxs olduğunu bildirən başqa bir şəxslə “dil tapa” bildilər. Çünki, yaşananlar bir sərnişin olaraq gözlərimiz önündə baş verdi və xeyli vaxt itgisi ilə də nəticələndi. Az sonra o da məlum oldu ki, yol polisi əməkdaşları dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusunu idarə edən sürücüdən 20 manat aldıqdan və sürücüyə qarşı heç bir cəza tədbiri görmədən onu sərbəst buraxırlar”.
Bütün bunları nəzərə alaraq yazıb Sizdən xahiş edirik ki, qeyd olunan tarixdə yol polisi əməkdaşlarının dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusununun sürücüsünə qarşı hansı səbəbdən heç bir cəza tədbirinin görməməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi və bununla bağlı redaksiyamıza da lazımi cavabın verilməsi üçün, tabeçiliyinizdə olan şəxslərə müvafiq tapşırıqlarınızı verəsiniz.

Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımızı bildiririk.

Deryaz.az
Geri qayıt