"Azəriqaz"dan sahə rəislərinə şok tapşırıq: - ölkəboyu qazın təzyiqi azaldıldı

"Azəriqaz"dan sahə rəislərinə şok tapşırıq: - ölkəboyu qazın təzyiqi azaldıldı Son günlərdə Bakı şəhərinin müxtəlif istiqamətlərində tez-tez qaz kəsintilərinin olması sirr deyil.

Artıq bununla bağlı istər mətbuatda, istərsə də sosial şəbəkələrdə narazlıqlar ifadə olunub. Ancaq qəribə olsa da, "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev etirazları rədd edib. Deyib ki, şəhərin heç bir istiqamətində qaz kəsintisi olmayıb.

Bu və ya digər məsələlərlə bağlı Mia.az-a "Azəriqaz"dan çox maraqlı məlumat daxil olub.

Bildirilib ki, bu gün qurumda Qaz İstismarı Sahələri rəhbərlərinin iştirakı ilə iclas olub.

Məlumata görə, iclasda sahə rəislərinə qazın təzyiqinin azaldılması ilə bağlı xüsusi tapşırıq verilib: "Sizə dəqiq deyə bilərəm ki, indi normalda qazın təzyiqi 30 milli bar olmalı idisə, bu günə qədər qazın təzyiqi 20 mili barla verilirdi. Bugünkü iclasdan sonra Bakının rayonları üzrə bütün sahə rəisləri texniki heyəti toplayıb. Deyiblər ki, "Azəriqaz"dan qazın təzyiqinin təcili 10 milli bara düşürülməsi haqda tapşırıq verilib. Ona görə də, bu gündən etibarən, əhaliyə verilən qazın təzyiqini şəhərdəki bütün paylayıçı şkaflarda tapşırığa uyğun endirilib. Yəqin ki, bu tapşırıq əyalət rayonlar üzrə də şamil olunacaq".

Sayta verilən məlumata görə, əgər sabah hava soyuyarsa, o zaman bu təzyiqlə əhaliyə qaz verilməsində ciddi problem çıxacaq: "Hər halda Ekologiya Nazirliyi xəbər yayıb ki, sabahdan hava soyuyacaq, yağış yağacaq. Ona görə də qazın təzyiqinin bu qədər azaldılmasının narazılığa səbəb olacağını demək olar. Çünki qazın təzyiqi 17 milli bardan aşağı düşəndə, kombiləri də işlətmək mümkün deyil".

Məsələ ilə bağlı "Azəriqaz"dan münasibət öyrənmək mümkün olmayıb.
Geri qayıt