Sumqayıt Dövlət Universiteti yoxsa SUMQAYIT DÖVLƏT HƏRB MƏKTƏBİ? -ŞİKAYƏT

Sumqayıt Dövlət Universiteti yoxsa SUMQAYIT DÖVLƏT HƏRB MƏKTƏBİ? -ŞİKAYƏT Azərbaycan Respublikasının Azərbaycan Zati-aliləri Hörmətli İlham Əliyev Cənablarına
Surəti:Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci Xanımı, millət vəkili Hörmətli Mehriban Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Təhsil nazirinin müavini cənab Ceyhun Bayramova


Möhtərəm Cənab Prezident !

Şikayətimiz Sumqayıt Dövlət Universitetindəki özbaşınalıqlardandır.
Elxan Hüseynov Universitetə rektör təyin olunandan Ölkə Konstitusiyasına, Qanunlarına məhəl qoymayıb, “öz qanunlarını” yeridir.
Elxan Hüseynov analoqu olmayan “təraş haqqında qanun” tətbiq edir.
Üzləri təraş edilməyən universitet tələbələrinin universitet binasına daxil olmalarına qadağa qoyub. Bu məhdidiyyət səbəbindən onlarla tələbə qayıb yazılır. Üzlərini təraş etməyən tələbələr hətta imtahanlara belə buraxılmırlar.
Hər halda ali təhsil ocağı olan-universitetə saqqalla gələn olmur. Üzlərində azacıq tük olan tələbənin universitetə daxil olmasına əngəl olmaq Qanunsuzdur.
Ölkənin heç bir ali təhsil ocağında belə “qanun” yoxdur.
Rektorun qanunsuz tətbiq etdiyi bu “qadağa” səbəbindən tələbələr davamiyyətdən geri qalır. İmtahana kimi lazım olan balı da toplaya bilmir.
Bu qayda hərbi məktəblərə şamil olunur. Buranın adı Sumqayıt Hərb Universiteti adalanda rektor bu qaydanı tətbiq edər.
Sumqayıt Dövlət Universitetinin rektoru qayda-qanun yaratmaq istəyirsə semester imtahanlarını test üsulu ilə keçirilməsini tətbiq etsə daha gözəl və inandırıcı olardı.
Sizdən xahiş edirik Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən qanunsuz tətbiq etdiyi “təraş qanunlarının” ləğv edilməsi barədə tədbir görəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Sumqayıt Dövlət Universitetinin
Çoxsaylı tələbələri adından V. Namazov

xalqxeber.az
Geri qayıt