“Topaz”, yoxsa kəşfiyyat idarəsi? - İlginc mübhəmlik...

“Topaz”, yoxsa kəşfiyyat idarəsi? - İlginc mübhəmlik... Bilinmir, “Topaz”dır, yoxsa Dövlət Təhlükəsizlik xidməti. Sözügedən qurumda özbaşınalıq baş alıb gedir. Burada maaş alan şirkət rəsmiləri özlərini xüsusi əhəmiyyətli dövlət işçiləri hesab edirlər. Bir aydan çoxdur ki, əslində “Topaz”ın lehinə olan yazı ilə bağlı müraciət etsək də, hər dəfə suallarımız cavabsız qalır.

Gah telefona cavab verən, özünü şirkət rəmisi kimi təqdim edən xanım adını açıqlayır, soyadını gizli saxlayaraq “bu, sizin nəyinizə lazımdır?” deyir, gah da müraciətləri başdansovdu edirlər.

Ötən gün də zəng etdik. Operator cavab verdi ki, müraciətiniz qeydə alındı, gün ərzində sizə zəng edəcəklər. Lakin deyilən vaxtdan 24 saat keçməsinə baxmayaraq, hələ də telefonlarımız susur. Susqunluğun səbəbini öyrənmək məqsədi ilə əlaqə saxlayanda isə tutarlı cavab verən olmadı. “Topaz”ın Marketinq şöbəsinin rəhbərinin adını öyrənmək istəyəndə isə təəccüblü cavabla qarşılaşdıq: “Bizdə adlar açıqlanmır”.

İndi başa düşmək olmur, bura mərc şirkətidir, yoxsa xüsusi kəşfiyyat qrupu? Heç Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, o cümlədən də xüsusi əhəmiyyət kəsb edən dövlət qrumlarına müraciət edəndə jurnalistə qarşı belə münasibət bəsləmirlər, əksinə istənilən sualı cavablandırırlar.

Görünür, “Topaz”ın Azərbaycandakı fəaliyyəti sadəcə və sadəcə, insanları uçuruma sürükləmək üzərində qurulub. Səhər işə gəlib, axşam da evə yollanan şirkət işçiləri isə aldıqları yüksək əmək haqqı qarşılığında onsuz da imici zərbə alıtında olan “Topaz”ın adını daha da batırlar.

Belə çıxır ki, şirkət rəhbərliyini bu özbaşınalıqdan, “Topaz”dakı bardaqdan xəbərsizdir. Yaxşı olardı ki, “Topaz”a rəhbərlik edən şəxslərdən biri olan gənclər və idman naziri Azad Rəhimov boş vaxtlarında çalışanlarına etika dərsi keçərdi. Təbii ki, əgər onun da… Vaxtı varsa…
Yenicag.Az
Geri qayıt