"Azərpoçt"a baş direktor təyin edildi

"Azərpoçt"a baş direktor təyin edildi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.
Bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.
1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olub.

2009-2015-ci illərdə Kapital Bankda filial müdiri vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bank MBA-Moskva “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib.
Geri qayıt